Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır…
Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibət gərginləşməyə başlayıb. Çünki o, verdiyi vədi yerinə yetirə bilmir.
Tacxeber.com xəbər verir ki, bu barədə rus “Telegram” kanallarında məlumat yayılıb.
Belə ki, Kadırov Suriya höküməti ilə razılığa gələcəyini və bu ölkədə Rusiyanın hərbi mövcudluğunu saxlayacağına zəmanət verib. Ancaq həmin zamandan bu günə qədər heç bir dəyişiklik nəzərə çarpmır. Eyni zamanda danışıqlardan sonra Rusiya mənfi mövqe əldə edib. Buna baxmayaraq, Almaniya, Fransa, hətta Ukraynanın xarici işlər naziri də Dəməşqə səfər edib. Belə vəziyyət səbəbindən Suriya hakim dairələrində Rusiya üçün mürəkkəb, qeyri-rəsmi ünsiyyət hökm sürür. Rusiya Suriyanı tamamilə tərk etməli olduğunu artıq qəbullanıb.