Podolyak Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı
Ukraynasız NATO-nun Rusiya ilə mümkün müharibədə qalib gəlmək şansı yoxdur. “Ölkə.az” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“NATO ölkələrinin kifayət qədər çoxlu silahları var, daha effektivdirlər, lakin onlardan istifadə etməyə hazır deyillər. Əgər beş ildən sonra Rusiya militarizasiya tempini saxlasa, NATO-nun heç bir şansı yoxdur”, – deyə o bildirib.
Podolyak hesab edir ki, Rusiyanı məğlub etməyin yeganə yolu onu Ukrayna hesabına məğlub etməkdir.