Messi Bayden tərəfindən mükafatlandırılma mərasiminə getmədi
“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən Azadlıq medalı ilə təltifedilmə mərasiminə qatılmayıb.
Bu barədə “CBS News” məlumat yayıb.
Messi işinin çoxluğu səbəbindən Ağ Evdə keçirilən rəsmi tədbirə gələ bilməyib.
Qeyd edək ki, Prezident Azadlıq medalı ABŞ prezidenti tərəfindən vətəndaşlara təqdim edilən ən yüksək mükafatdır.
Xatırladaq ki, ulduz hücumçu dekabrın 11-də Azərbaycana səfər edərək bir sıra tədbirlərdə iştirak edib.