• 07 Yanvar 2025 06:31

Ölüm xəbəri yayılan Azər Baxşəliyevlə bağlı RƏSMİ AÇIQLAMA

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

 

Bildirilib ki, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:

 

“Poliorqan çatışmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bununla bağlı olaraq, Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”, – məlumatda deyilir.

 

Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

Tacxeber.com

Oxşar xəbərlər