Rusiya buna görə qisas vəd etdi
Bir qrup hərbi müxbirin olduğu avtomobil Ukrayna neonasistlərinin Qorlovkada mülki obyektləri atəşə tutmasının nəticələrini lentə aldıqdan sonra Donetskə qayıdarkən partlayıcılarla yüklənmiş kamikadze pilotsuz uçan aparatının hücumuna məruz qalıb.
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova ötən gün rus jurnalistlərə PUA hücumu haqda danışarkən deyib.
“Faciə təmas xəttindən uzaqda baş verib. Şübhə yoxdur ki, media mənsubları qəsdən ölümcül hücuma məruz qalıblar. Bunu hücumdan sağ çıxanların ifadələri sübut edir. Rusiyalı jurnalistlərə qarşı cinayətə görə məsuliyyət daşıyanların hamısı müəyyən olunacaq və onlar layiqli və qaçılmaz cəzalarını alacaqlar”, – deyə o bildirib.