“Ruslar cəbhədə yüksək itkilər səbəbindən texnikaya qənaət edir” – ISW
“Rusiyanın sovet dövründən qalan zirehli texnika ehtiyatları sürətlə azalır…”
Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ildə Rusiyanın 3 mindən çox tankını və təxminən 9 min zirehli texnikasını məhv edib və ya zədələyib.
Tacxeber.com xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Qeyd edilir ki, son həftələrdə Rusiya qüvvələri cəbhənin ən aktiv sahələrində hücumlar zamanı zirehli texnikadan daha az istifadə etməyə başlayıb. Hesabata əsasən, bu, sovet dövründən qalan ehtiyatların azalması səbəbindən rusların texnikalarını qorumağa çalışması ilə əlaqədar ola bilər.
Ukrayna hərbi mənbələrinin məlumatına görə, son həftələrdə Rusiya qoşunları əsasən piyada hücumlarına üstünlük verir. Məsələn, onlar Kuraхovo istiqamətində hücumlar zamanı zirehli texnikadan yalnız piyada hücumlarına atəş dəstəyi üçün istifadə edir.
Bundan əlavə, Ukraynanın bir polkovnik-leytenantı “The New York Times” nəşrinə bildirib ki, Rusiya qüvvələri şərqdəki hücumlar zamanı itirilən texnikanın yerini doldurmaq üçün getdikcə daha çox elektrik skuterlər, motosikletlər və yolsuzluq avtomobillərindən istifadə edir.
ISW analitikləri bu dəyişikliklərin bir neçə səbəbini göstərir:
Birincisi, daha böyük şəhərlər, məsələn, Kuraхovo və Pokrovsk yaxınlığındakı hücumlar mexanikləşdirilmiş hücumlar üçün kiçik yaşayış məntəqələri və açıq sahələrlə müqayisədə daha az əlverişlidir.
İkincisi, Rusiya ordusunun texnikanı yeniləmə çətinlikləri və irəlidəki bölmələrə istirahət üçün vaxt vermək istəməməsi səbəbindən prioritet istiqamətlərdə irəliləyişin daha da ləngiməsi riskinin olmasıdır.
Hesabatda vurğulanır ki, USQ 2024-cü ildə 3 mindən çox Rusiya tankını və 9 minə yaxın zirehli texnikanı məhv edib və ya sıradan çıxarıb. Analitiklərə görə, Rusiya bu itkiləri orta müddətdə kompensasiya edə bilməyəcək.
Mənbələrə görə, dekabrın sonuna Rusiya qüvvələri müharibəöncəsi ehtiyatlarının yalnız 47 faizini tanklarda, 52 faizini piyada döyüş maşınlarında və 45 faizini zirehli transportyorlarda saxlayır.
Analitiklər hesab edir ki, Rusiya 2025-ci ilə qədər illik 9 min zirehli texnika itki tempini qorumaqda çətinlik çəkəcək. Bu, müharibənin ilk iki ilindəki itkilərin təxminən üç qatıdır. Nəticədə, Rusiyanın 2025-ci və bəlkə də 2026-cı ilə qədər texnikasına davam gətirəcəyi ilə bağlı əvvəlki proqnozlar artıq aktuallığını itirir.
Ukraynada müharibə- son xəbərlər
“The Wall Street Journal” yazır ki, Rusiya yeni zirehli texnika tədarükünün azalması səbəbindən sovet dövründən qalan ehtiyatlara müraciət etmək məcburiyyətindədir.
Bununla yanaşı, Rusiya texnikası üçün Qərb ölkələrindən alınan komponentlər sanksiyalar səbəbindən əlçatan deyil.