Sosial şəbəkədə təhqir və böhtana görə hansı cəzalar nəzərdə tutulub? – VİDEO
Sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı üçün platforma deyil, həm də ictimai-siyasi təsir və idarəetmə alətinə çevrilib.
Tacxeber.com xəbər verir ki, bəzi hallarda isə istifadəçilər bir-birlərinin ünvanına təhqir və ya böhtan xarakterli sözlər yazırlar. Adətən vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə müraciət edirlər.
Bəs bir-birlərinin şərəf və ləyaqətini alçaldan şəxsləri hüquqi müstəvidə hansı cəza gözləyir?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, sosial şəbəkələrdə hər hansı bir şəxsin ünvanına təhqir və ya böhtan xarakterli məlumatın nümayiş etdirilərək yayılması cinayət məsuliyyətinə səbəb olur: