Ukrayna ordusu “Fırtına.Osetiya” batalyonunun qərargah rəisini məhv etdi
Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş ərazisində “Fırtına.Osetiya” batalyonunun qərargah rəisi, “Kama” çağırış nişanlı Sergey Melnikov və sürücüsü məhv edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
“2024-cü il dekabrın 29-da Vasilyevka-Tokmak şossesində Ukrayna Müdafiə Nazirliyinin “Kraken” Baş Kəşfiyyat İdarəsinin fəal əməliyyat bölməsinin FPV ekipajının əsgərləri “Fırtına.Osetiya”nın qərargah rəisini və onun sürücüsünü məhv etdilər”, – məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kəşfiyyatçıları Rusiya qoşunları batalyonunun qərargah rəisinin Zaporojye vilayətinin işğal olunmuş ərazilərində marşrutu və hərəkət cədvəlinin təfərrüatlarını özündə əks etdirən əməliyyat məlumatı əldə ediblər.
Ukrayna hava kəşfiyyatı Melnikov üçün FPV pusqusunu planlaşdırıb.