• 07 Yanvar 2025 08:19

Ukrayna ordusu Kurskda irimiqyaslı hücuma keçdi

Ukrayna ordusu Sucanın şimal-şərqində – Bolşoye Soldatskoye istiqamətində hücuma keçib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxinə istinadla məlumat yayıb.

 

“Düşmənin Sucadan Bolşoye Soldatskoye istiqamətində hücumu başlayıb, baxmayaraq ki, bu istiqaməti düşmən üçün ən çətin hesab edirdik. Hücumda düşmən minatəmizləmə trallarından, tanklardan və digər zirehli texnikalardan istifadə edir. Düşmən hücum bölgəsini radioelektron mübarizə sistemləri ilə möhkəm bağlayıb, ona görə də pilotsuz təyyarələr yararsızdır”, – Alyoxin bildirib.

 

Rusiyanın digər hərbi kanalları da hücumu təsdiqləyib. Ukrayna tərəfi hələlik heç bir açıqlama verməyib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər