• 07 Yanvar 2025 12:20

Ukraynanı narahat edən adam Kiyevə gəlir

Kiyevdə Trampın nümayəndəsi Keyt Kelloqun səfəri ərəfəsində qeyri-müəyyənlik artır.

 

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “The Observer” çıxış edib.

 

“Vaşinqtondakı yeni siyasi vəziyyət şəraitində Ukrayna qeyri-müəyyənliyə qədəm qoyur. Bu vəziyyət cəbhədə situasiyanın ağır olduğu şəraitdə yaranır. Ukrayna və tərəfdaşlarını artıq Kelloqun bəyanatları narahat edir. O, eskalasiyada təkcə Moskvanı yox, Kiyevi də tənqid edir. Ukraynada təhlükəsizlik sferasındakı mənbələr deyirlər ki, bununla Kiyevlə Vaşinqton arasında kontakt qaydaları dəyişir. Bunun nəyə gətirib çıxaracağı isə bəlli deyil”, – məqalədə qeyd olunub.

 

Qəzetin mənbəsi artıq ABŞ-la Ukrayna arasındakı qaydaların tam fərqli olacağını söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər