• 07 Yanvar 2025 18:42

Rusiyanın zabitinə qarşı SUİ-QƏSD – DETALLAR

“Kapitan Naqaykonun 2023-cü ilin oktyabrın 5-də Kupyansk rayonunun Qroza kəndinə təşkil etdiyi raket hücumunda 59 nəfər həyatını itirib…”

 

Rusiya ordusunun Ukraynanın çoxsaylı vətəndaşının ölümündə məsuliyyət daşıyan raketçi zabitinə qarşı sui-qəsd həyata keçirilib.

 

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir. Məlumatı “reform.news” nəşri məlumat yayıb.

 

Ukrayna kəşfiyyatçılarının budəfəki hədəfi Rusiya Silahlı Qüvvələri Qərb Hərbi Dairəsinin 1-ci tank ordusu, 112-ci raket briqadası divizionunun batareya komandiri kapitan Konstantin Vladimiroviç Naqayko olub.

 

Məlumata görə, Naqayko birbaşa 03333 saylı hərbi hissənin ərazisində növbədə olduğu zaman ona qarşı sui-qəsd cəhdi edilib. Baş Kəşfiyyat İdarəsinin verdiyi məlumata əsasən, kapitan bir çox orqanlarından çoxsaylı xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb və kəllə-beyin əməliyyatı keçirilib.

 

Hazırda kapitan Konstantin Naqayko kritik vəziyyətdədir. Ukrayna kəşfiyyatı bildirir ki, yaralı zabitin silahdaşları onun sağalma şansının son dərəcə az olduğunu hesab edir.

 

Konstantin Naqaykoyu 5 oktyabr 2023-cü il tarixdə Kupyansk rayonunun Qroza kəndinə raket hücumu təşkil etməkdə günahlandırılır.

 

Həmin vaxt ərzaq mağazası və Ukrayna Silahlı Qüvvələrinin mərhum hərbçisinin yas mərasiminin keçirildiyi kafe hədəfə alınıb. Hücum nəticəsində səkkiz yaşlı bir oğlan uşağı da daxil olmaqla 59 nəfər həyatını itirib.

 

Rusiya hakimiyyəti hələlik bu məlumatı şərh etməyib. Bu, Ukraynada genişmiqyaslı döyüş əməliyyatları başlanandan sonra Rusiya hərbçilərinə qarşı həyata keçirilən ilk sui-qəsd cəhdi deyil.

 

Belə ki, Baş Kəşfiyyat İdarəsi Rusiya Aerokosmik Qüvvələrinin 52-ci ağır bombardmançı aviaalayının (33310 saylı hərbi hissə) Bryansk vilayətində öldürülən eskadrilya qərargah rəisi Dmitri Vladimiroviç Qolenkovun qətli üçün məsuliyyəti öz üzərinə götürüb.

 

Bundan əvvəl Krasnodarda şəhər səfərbərlik şöbəsinin müavini, ikinci dərəcəli kapitan Stanislav Rjitski, keçmişdə sualtı qayığa komandanlıq etmiş zabit güllələnib.

Ukrayna bu hərbçiləri mülki əhali arasında çoxsaylı ölümə səbəb olan raket hücumlarının təşkilində günahlandırıb.

 

Ukrayna xüsusi xidmət orqanlarının hədəfi olmuş ən yüksək rütbəli rusiyalı zabit isə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimya və Bioloji Müdafiə Qoşunlarının rəhbəri general-leytenant İqor Kirillov olub.

Qətldən bir gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kirillovu qiyabi şəkildə şübhəli elan edib. İstintaq məlumatlarına görə, o, şəxsən Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə qarşı kimyəvi silahdan istifadə edilməsinə əmr verib. (Moderator.az)

 

Tacxeber.com

Oxşar xəbərlər