Azərbaycanda böyrək transplantasiyası hansı xəstəxanalarda həyata keçirilir? – Siyahı
Azərbaycanda 11 xəstəxanada böyrək transplantasiyası həyata keçirilir.
Tacxeber.com xəbər verir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-dən məlumat verilib.
Bildirilib ki, “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2021-ci il tarixli 235 nömrəli qərarı ilə müəyyən edilib. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.
Həmin xəstəxanaların siyahısını təqdim edirik:
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı
Mərkəzi Neftçilər Xəstəxanası
“Mərkəzi Klinika” MMC
Respublika Müalicəvi Diaqnostika Mərkəzi
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası
“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC