AZAL təyyarəsi: 17 ekspert yola düşdü, sirr açılır
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərdə Braziliyadan “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.
Tacxeber.com xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.
“Komissiya üzvləri Qazaxıstana qayıdırlar. Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələrindən ibarət 17 beynəlxalq ekspertimiz var. Onlar Braziliyaya getmişdilər. Gəldikdən sonra ekspertlər dərhal “qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi və təhlilinə başlayacaqlar”, – Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Qurumdan əlavə ediblər ki, yaxın vaxtlarda onlar Qazaxıstanda olacaqlar.