• 08 Yanvar 2025 17:32

Cənubi Koreyada sabiq Prezidentin həbsinə ikinci cəhd göstəriləcək

Cənubi koreyalı müstəntiqlər ölkənin sabiq Prezidenti Yun Sok-Yolu həbs etmək üçün ikinci cəhdə hazırlaşacaq.

 

Tacxeber.com Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasının Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri O Don Sun deyib.

 

Məmur sabiq Prezidentin ikinci həbs qərarının nə vaxt verilə biləcəyini dəqiqləşdirməyib.

 

O Don Sun sabiq dövlət başçısının həbsi ilə bağlı birinci cəhdin uğursuzluğu ilə bağlı tənqidlərə cavab olaraq üzr istəyib və orada “bir çox gözlənilməz halların” baş verdiyini vurğulayıb.

 

Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib.

 

Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.

 

Bundan sonra Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Yon Hyon və polis baş komissarı Ço Çji Ho da daxil olmaqla, ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksəkrütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Dekabrın əvvəlində məhkəmə Yun Sok-Yol haqqında da həbs qərarı çıxarıb. Yanvarın 3-də sabiq dövlət başçısının saxlanılması üçün order alan müstəntiqlər prezident mühafizəçilərinin müqaviməti səbəbindən həbsi həyata keçirə bilməyiblər.

Tacxeber.com

Oxşar xəbərlər