Dünyanın 10 ən varlı adamı: Yarısı yəhudilərdir – SİYAHI
2025-ci ilin əvvəlində dünyanın ən varlı on adamı məlum olub. Bu siyahı bir il əvvəl olduğu kimi demək olar ki, eyni qalır.
Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, ənənəvi olaraq hər il Amerikanın nüfuzlu maliyyə və iqtisadi jurnalı “Forbes” tərəfindən tərtib edilir və nəşr olunur.
Bu siyahıda birinci yerdə keçən il olduğu kimi yenə də “Tesla”, “SpaceX” və X (keçmiş Twitter) şirkətlərinin baş direktoru İlon Mask olub.
Onun sərvəti 421,2 milyard dollar təşkil edib (243,7 milyard dollar olan keçən ilin sentyabr ayı ilə müqayisədə təxminən iki dəfə çox).
“Amazon”un qurucusu Ceff Bezos 233,5 milyard dollar sərvətlə ikinci yerdə (keçən ilin sentyabrında 197 milyard dollar idi) qərarlaşıb.
Üçüncü yerdə 209,7 milyard dollar sərvətlə yəhudi əsilli amerikalı milyarder Larri Ellison (ötən ilin sentyabrında o, 174,7 milyard dollarla yalnız beşinci yerdə idi) qərarlaşıb.
Dördüncü yeri Meta (Facebook) baş direktoru və təsisçisi Mark Zukerberq tutur. O, 202,5 milyard dollar sərvəti olan amerikalı yəhudidir (keçən sentyabrda 180,5 milyard dollar idi).
Beşinci yerdə ailəsi ilə birlikdə bir sıra aparıcı lüks brendlərə – “Louis Vuitton”, “Dior” və “Tiffany”yə sahib olan Bernar Arnodur. Ümumi kapital 168,4 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən il üçüncü yeri tutduğu 189,4 milyard dollardan aşağıdır.
Altıncı yerdəki başqa bir yəhudi əsilli amerikalı sahibkar Larri Peycin sərvəti sentyabrda 136,1 milyard dollardan 156 milyard dollara yüksəlib (o zaman o, səkkizinci yerdə idi).
Yeddinci yerdə yenə də amerikalı yəhudi olan Sergey Brin 149 milyard dollar sərvətlə qərarlaşıb, ötən ilin sentyabrında 130,4 milyard dolları var idi. Peyclə birlikdə “Google”nu quran Brin də doqquzuncu yerdən yeddinci yerə yüksəlib.
Səkkizinci yerdə Berkshire Hathaway investisiya çirkətinin baş direktoru və sədri 94 yaşlı Uorren Baffet qərarlaşıb. Onun sərvəti 141,7 milyard dollar olub.
“Microsoft”un keçmiş baş direktoru və amerikalı yəhudi Stiv Balmer 124,3 milyard dollar sərvətlə (sentyabrda 122,5 milyard dollar idi) doqquzuncu yerdədir. Balmer də siyahıda bir pillə irəliləyib.