İdmançıların hücumuna məruz qalan DSX mayoru: “Əllərində beşbarmaq var idi”
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlərin soyuq silahdan istifadə etdiyi bəlli olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Fuad Zeynalov özü məlumat verib.
“Mənə hücum edən şəxslərin hər birinin əlində beşbarmaq olub. Avtomobilimi də əziblər. Vurulan yerlər yumruq yeri deyil. Dəyən hər zərbənin yerində kəsik xəsarətləri var. Bu gün keçiriləcək iclasda qəbul ediləcək qərar mənə qətiyyən maraqlı deyil. Həmin şəxs daha öncədən işdən kənarlaşdırılmalı idi. Bu hadisələr baş verdikdən sonra yox. Artıq qəbul ediləcək qərar bəllidir ki, o, federasiyadakı bütün vəzifələrindən uzaqlaşdırılacaq. Bu cür harınlamış insanların federasiyada qalması doğru deyil. Baş verən hadisənin isə mənim işimə heç bir aidiyyəti yoxdur. Mən öz işimə qaldığım yerdən davam edirəm”, – deyə F.Zeynalov bildirib.