“Karantin qaydalarına əməl edilmir, yeni virusun Azərbaycana gəlməsi tam realdır”
Çində yayılmağa başlayan metapnevmovirusa artıq Qazaxıstan, Qırğızıstan, Hindistan və Ukraynada yoluxanlar olub. Qısa bir zaman kəsiyində virusun müxtəlif ölkələrə yayılması insanlar arasında narahatlıqların artmasına səbəb olub.
Metapneumovirus (MPV), eləcə də Human metapneumovirus (hMPV), pnevmoniya və digər yuxarı tənəffüs yolu infeksiyalarına səbəb ola bilən bir virusdur. İlk dəfə 2001-ci ildə insanların tənəffüs sistemində olan xəstəliklərə səbəb olaraq tanınmışdır. Virusun ölkəmizə gəlməsi isə sual altındadır.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlama verib.
O, açıqlamasında Çinlə Azərbaycan arasında əlaqələrin geniş olmasını əsas gətirərək virusun tezliklə ölkəmizə gələ biləcəyi ehtimalını diqqətə çatdırıb:
“Bu gün Çində həm metapnevmovirus, həm mikoplazma pnevmoniyası, həm də adenoviruslar geniş yayılıb. Bundan başqa dünyanın əksər ölkələrində pandemiya bitsə də, Koronavirusun “Omicron” ştamının mutasiya variantları davam etməkdədir. Bir də “İnfluenza” qrip infeksiyası davam edir. Qrip hər il ənənəvi şəkildə peyda olur. Bununla yanaşı RNT daşıyıcı virusdur və mutasiyaya meyllidir. Hər il yeni variantda ortaya çıxır. Digər tərəfdən qarışıq epidemoloji durum ayrı-ayrı ölkələrdə müxtəlif cür təzahür edir.
Azərbaycanda metapnevmovirusun yayılması və mövcud olması realdır. Çünki Çinlə bizim aramızda ticarət əlaqələri var. İnsanlar gediş-gəliş edirlər. Türkiyə ilə də əlaqələri mövcuddur. Hər iki ölkənin Çinlə əlaqələrinin geniş olmasını nəzərə alsaq, tez bir zamanda virusun ölkəmizə gəlməsini mümkün hal olaraq qiymətləndirə bilərik.
Professor infeksiyanın yayılmasını qarşısını almağın çətin olacağını deyib:
“Qazaxıstan, Qırğızıstan, Ukrayna və Hindistanda yoluxmaların olduğunu nəzərə alsaq, infeksiyanın Orta Asiyadan da ölkəmizə gəlməsi daha real görünür. Azərbaycanda hazırkı vaxtda eşitdiyimiz şikayətlər və müraciətlər onu göstərir ki, burda da kifayət qədər ciddi klinik gedişə malik olan respirator infeksiyalar tüğyan edir. Bunların identifikasiyaları xüsusi laboratoriyalarda həyata keçirilməlidir. O laboratoriyalar dövlət qurumlarının ixtiyarındadır və onlar bunu yoxlayıb insanlara məlumat verməlidirlər. Amma biz klinik əlamətlərə görə, iddia edə bilərik ki, bu virusun ölkəmizə gəlməsi mümkündür. Bəlkə də artıq mövcuddur.
Adil Qeybulla virusdan qorunmağın yolları haqda da danışıb: