• 10 Yanvar 2025 00:09

Kim Çen Indan sosiska qadağası: Vətənə xəyanət qərarı

Şimali Koreyada lideri Kim Çen In Qərb mətbəxinə aid sosiska və kolbasalı yeməkləri qadağan edib.

 

Tacxeber.com xəbər verir ki, hot-doqların hazırlanmasının qadağası ilə yanaşı, bunu hazırlayanlara ağır cəza tətbiq ediləcək.

 

Ölkədə hot-doq satarkən və ya bişirərkən tutulan şəxslər isə islah əmək düşərgələrinə göndəriləcək.

 

Britaniyanın “The Sun” qəzetinin məlumatına görə, hot-doqla yanaşı, bəzi Cənubi Koreya mətbəxinə aid “budae-jjigae” yeməyinin də hazırlanması qadağan edilib.

 

Bu yeməkləri hazırlayanlar isə “vətənə xəyanət” etmiş hesab olunacaqlar.

 

Şimali Koreyada boşanma məsələsinə də ciddi qadağalar tətbiq edilib və bu vətəndaşları bir ilədək həbs cəzası gözləyir.

Tacxeber.com

 

 

Oxşar xəbərlər