Peskov: Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib
Rusiya Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq”, – Peskov jurnalistlərə bildirib.
O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.