“Rusiya bahalı avtomobilləri Gürcüstan vasitəsilə alır” – Zurabişvili
Gürcüstanın keçmiş prezidenti, xanım Salome Zurabişvili Gürcüstan hökumətini Rusiyaya sanksiyalardan yayınmaq üçün köməklik göstərməkdə qınayıb.
Rusiya mediası xəbər verir ki, Zurabişvili keçirdiyi mətbuat konfransında hakim “Gürcü Arzusu” partiyasının Gürcüstan iqtisadiyyatına böyük zərərlər vurduğunu söyləyib.
Onun bildirdiyinə görə, Gürcüstan Rusiyaya Qərb sanksiyalarından yan keçməkdə kömək etdiyindən, bundan ölkə iqtisadiyyatı zərər görür:
“Gürcüstanın gəlir mənbələrindən biri də Gürcüstandan keçməklə Orta Asiya ölkələrinə göndərilən bahalı avtomobillərdir. Əslində həmin avtomobillər Orta Asiyaya yox, Rusiyaya göndərilir. Bu, ciddi problemdir və yəqin ki, hakim partiyanın gəlir mənbələrindən biridir”.