• 10 Yanvar 2025 00:40

Şampunların tərkibindəki xərçəng yaradan maddələr açıqlandı: Almayın!

Gündəlik həyatımızda istifadə etdiyimiz qida və qeyri-qida məhsullarının tərkibində insan sağlamlığına zərərli çox sayda kimyəvi maddələr olur.

 

Tacxeber.com xəbər verir ki, kimyəvi məhsul sayılan şampunların da tərkibində  sağlamlığımıza zərərli maddələr var.

Nutrisioloq Aytən Xaqan şampun və kremlərdə istifadə edilən təhlükəli maddələrdən danışıb:

 

BHT – Yüksək riskli maddə olaraq  hormonlarda dəyişiklik və qadınlarda sonsuzluq problemi yarada bilər.

 

Methylisothiazolinone – Paraben yerinə istifadə edilən bu qoruyucu yüksək miqdarda allergen potensiala sahibdir və olduqca narahatedici maddədir. Xərçəng riskini artıran yüksək riskli bu maddədən uzaq  durmaq lazımdır.

 

Methylparaben – Paraben növlərindən biridir. Aparılan araşdırmalarda süd vəzi xərçəngi olan qadınların bir çoxlarının bədənlərində parabenə rast gəlinmişdir.

 

Benzyl alcohol – Kanserogen qrupuna aid olan yüksək riskli maddədir.

 

Phenoxyethanol – Məhsulların rəf ömrünü uzatmaq üçün istifadə olunan sintetik qoruyucudur. Bu qoruyucu qaraciyər və qan üçün toksik maddədir.

 

A.Xaqan deyib ki, şampun və kremlərdə istifadə edilən bu tərkiblərdən öz sağlamlığınız üçün uzaq durmalısınız.

Tacxeber.com

Oxşar xəbərlər