Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü
Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.
Tacxeber.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib.
Ananın sözlərinə görə, 8 aya yaxındır oğlu ilə bağlı hər hansı məlumat əldə edə bilmir:
“Oğlum Ağamir Rauf oğlu Əzimov 10 may 1993-cü il təvəllüdlüdür, Azərbaycan vətəndaşıdır, evlidir, yeni dünyaya gəlmiş övladı var. O, ailəsi ilə bilikdə bir ilə yaxın idi ki, Moskvada yaşayırdı.
20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə zamanı bildirdi ki, Rusiya ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə saxlanılaraq, Miqrasiya İdarəsinə aparılıb. Orada psixi və fiziki zorakılığa məruz qalıb. Ardınca Ukraynada keçirilən hərbi əməliyyatlarda iştirak üçün aparılacağı bildirilib, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi xidmətə qəbul üçün vahid mərkəzdə iradəsi ziddinə 423 nömrəli müqavilə bağlamağa məcbur edilib və hərbi əməliyyatlarda iştirak üçün göndərilib.
Oğlumun vəziyyəti pisdir, o, hazırda Ukraynanın Silahlı Qüvvələri tərəfindən əsir alınıb”.
S.Hüseynova qeyd edib ki, məsələ ilə bağlı müraciət etmədiyi yer qalmayıb: