• 11 Yanvar 2025 03:08

Fərdi Tayfurun mahnılarını oxumaq istəyənlərə BƏD XƏBƏR

Türkiyənin Musiqi Əsərləri Sahibləri Peşəkar Dərnəyinin (MESAM) prezidenti Rəcəb Ergül Fərdi Tayfurun ölümündən sonra mahnılarının icazəsiz istifadə edilib-edilməməsi ilə bağlı müzakirələrə dair açıqlama verib.

 

Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, açıqlamada deyilir:

 

“Fərdi Tayfurun bu istiqamətdə MESAM-a təqdim etdiyi hər hansı ərizəsi yoxdur. Bu səbəbdən də Fərdi Tayfurun mahnılarını oxumaq istəyənlər qanuni varislərindən icazə almalıdırlar. Əks halda onlar üçün maddi və mənəvi məhkəmə iddiaları olacaq. Bundan əlavə, məşhur və imkanlı şəxslərin dəfn mərasimində cənazə klounları peyda olur. Cənazəyə hər cür hörmətsizlik edirlər. Şəxsi gəlir əldə etmək üçn insanlığa sığmayan bəzi davranışları şiddətlə qınayırıq”.

 

MESAM prezidenti Rəcəb Ergül Tayfurun şəxsi hüquqlarını və musiqisini təhqir edənləri də tənqid edib və sənətçinin ailəsi ilə həmrəy olacaqlarını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər