• 11 Yanvar 2025 03:12

İstanbul-Kazan uçuşları dayandırıldı- Hücum təhlükəsi

Türkiyənin aparıcı hava yolu şirkəti “Turkish Airlines” təhlükəsizlik səbəbindən Kazan şəhərinə olan gecə uçuşlarını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bu qərar son zamanlar Ukrayna Silahlı Qüvvələrinin Kazan ərazisində mülki obyektlərə artan hücumları ilə əlaqədardır.

 

Son iki həftə ərzində Kazan Beynəlxalq Hava Limanı müxtəlif təhlükəsizlik hadisələri səbəbindən beş dəfə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Ən son hadisə isə 21 dekabr tarixində baş verib. Həmin gün Kazan şəhərinə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirilib. Hücum nəticəsində müəyyən təhlükəsizlik tədbirləri görmək üçün hava limanı bağlanıb.

 

“Turkish Airlines” dən əvvəl digər aviaşirkətlər də Kazan istiqamətində uçuşlarını dayandırmaq qərarına gəlib. Türkmənistan Hava Yolları, Qazaq Air və Azərbaycan Hava Yolları artıq Kazana uçuşlarını müvəqqəti olaraq dayandırıb. Bundan əlavə, Pegasus Hava Yolları da 21 yanvar tarixindən etibarən Kazana olan bütün uçuşlarını dayandıracağını bəyan edib.

 

Hazırkı vəziyyət, bölgədəki hava nəqliyyatına ciddi təsir göstərməklə yanaşı, mülki aviasiyanın təhlükəsizliyinə dair suallar doğurur. Rəsmi qurumlar mülki obyektlərə edilən hücumların qarşısını almaq üçün əlavə tədbirlər görməyi nəzərdə tutur.

Tacxeber.com

Oxşar xəbərlər