• 10 Yanvar 2025 20:48

Niftulla Məmmədlidən həyat yoldaşının vəfatı ilə bağlı açıqlama

“Ölüm səbəbinin dəqiq nə olduğu bilinmir. Çünki Mərkəzi Neftçilər Xəstəxanasında meyitin yarılmasını istədilər, icazə vermədim. Sağlığında əziyyət çəkdi, dedim, heç olmasa, vəfat edəndən sonra ruhu rahatlıq tapsın”.

 

Tacxeber.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin əməkdaşı Niftulla Məmmədli deyib.

 

O bildirib ki, həkimlərin sözlərinə görə, ilkin ehtimal tromblaşma olub.

 

Niftulla Məmmədli deyib ki, həyat yoldaşı (Günel Məmmədli) ötən il dekabrın 24-də qeysəriyyə əməliyyatı olunub və 27-də xəstəxanadan evə buraxılıb:

 

“Evdə iki gün vəziyyəti çox yaxşı idi. Dekabrın 29-dan vəziyyəti pisləşdi. Qan təzyiqi var idi. Həkimi ilə danışdıq, bildirdi ki, normal prosesdir. Dərman qəbul etdi, bir az yaxşılaşdı, amma yenə də özünü yaxşı hiss etmirdi. Bundan sonra kardioloqa müraciət etdik. Exokardioqrafiya nəticəsi təmiz çıxdı. Həkim bildirdi ki, əməliyyat olunub, yorğun düşüb. Bundan sonra gətirdik evə. Təzyiqi düzəldi. Lakin dedi ki, kürəyində küt ağrılar var”.

 

O qeyd edib ki, yoldaşının heç bir xəstəliyi olmayıb:

 

“Qorxu, stres, həyəcan keçirib. Özü də deyirdi ki, qorxub həyəcanlanmışam. Nevropatoloqa da göstərmişdik”.

Tacxeber.com

Oxşar xəbərlər