“Marketlər cibimizə girir” – Aparıcı
Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov marketlərdəki saxta endirimlərdən danışıb.
Tacxeber.com xəbər verir ki, M.Rəsulov “Xəbər ertəsi” verilişində alış-veriş zamanı başına gələn hadisəni danışıb. O bildrib ki, marketlərdə yalançı endirim yazıları ilə insanları aldadırlar:
“Məhsulun üstünə böyük hərflərlə “endirim” yazıblar. Malı götürdüm, yaxınlaşdım kassaya. Baxıram ki, endirimli qiymət deyil. Cavab verirlər ki, endirim sabahdan qüvvədə olacaq. Kağıza çox balaca formda yazıblar filan tarixdən. O zaman niyə indi qoyursan? Gecə, səhərəyaxın qoy bunu”.