“Niyə soruşmurlar ki, Zeynal Usubov bu qədər pulu hardan əldə edib?” – Elariz
Bakıda 33 yaşlı birjaçı Alışan Nizaminin 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdik. Məlumata görə o, Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Alişan Nizami Amerika Birləşmiş Ştatlarında yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Tacxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan Elariz Məmmədoğlu xəbəri saytdan oxuduğunu bildirib.
O, incəsənət adamı olduğunu qeyd edib:
“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu hardan əldə edib? Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir. Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”.
E.Məmmədoğlu belə halların ondan gizlədildiyini deyib:
“Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər. Yalnız sizdən öyrəndim”.