Gürcü deputatları “rus qulları” adlandırdı, döyüldü
Hakim “Gürcü Arzusu” partiyasının üzvləri İrakli Zarkua və Viktor Sanikidze Əbu-Dabidə hotelin restoranında onları təhqir edən şəxslə dava ediblər.
Tacxeber.com xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.
Məlumata görə, bir qrup deputat ailələri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində istirahət edir.