İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb
Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.
Bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bildirilib ki, prezidentin illik maaşı 3 % artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.