Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?
Pilotun xəbərdarlıqsız eniş etməyə icazəsi var.
Tacxeber.com xəbər xəbər verir ki, bu sözləri Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimov Globalinfo.az-a açıqlamasında AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin Qroznıya enişə başladığı, lakin hansısa səbəbdən enişə az qalmış yüksəklik yığdığı barədə məlumata münasibət bildirərkən deyib.
O, doğru cavabın “qara qutu” oxunduqdan sonra üzə çıxacağını bildirib:
“Aktau başqa bir ölkənin şəhəridir. Əslində, icazə alınır, razılıq verilir və s. Hər halda bir dispetçer, digər ölkənin dispetçerinə məlumat verməlidir. Lakin pilot görsə ki, təyyarə qəzaya uğramaq üzrədir, xəbərdarlıqsız gedib yaxında olan aeroporta eniş edə bilər. İstənilən boş zolağa oturmaq olar, heç kim də buna görə pilota heç nə deməz. Çünki göyərtədə nə qədər adam olur və sən onların sağ qalmasını istəyirsən. Ona görə də təyyarəni icazəsiz endirmək mümkündür”.