“Həkimlər bu əməliyyatlardan milyonlar qazanırlar”
“Başa düşürəm, bu işdə qəşəng pullar var, böyük bir biznes sahəsidir. Kim istəyər o pullardan imtina etsin? Amma vicdan məsələsi də var. Qadın gəlir, ilk uşağıdır. Deyirlər ki, körpənin başına göbək dolanıb, vəziyyət dəhşətdir, qeysəriyyə ilə çıxarılmasa, tələf olacaq. Hamı qorxuya düşür. Təki qeysəriyyəyə yönəltsinlər”.
Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. O, həkimləri ana olmağa hazırlaşan qadınları qorxuya salaraq, məcburi qeysəriyyə əməliyyatlarına yönləndirmələrini tənqid edib:
“Vicdan deyilən məsələ var. İnsan tanıyıram, deyiblər, uşağın göbəyi dolanıb, o da söyləyib ki, dolansın, qoy tələf olsun, uşaq mənimdir. Maşallah, uşaq indi başğçaya gedir. Həkimlər qeysəriyyə üçün insanları vicdansızcasına qorxuya salırlar. Birinci də qeysəriyyə oldu, digərləri də mütləq elə olur. Həkimdə vicdan olmalıdır.