• 08 İyun 2025 03:44

Karlo Ançelottinin taxtı laxlayır

 Karlo Ançelottinin taxtı laxlayır
Paylaş

“Barselona”ya 2:5 hesablı məğlubiyyətdən sonra “Real”da gərginlik get-gedə artır.

 

Tacxeber.com xəbər verir ki, bu mövsüm Kataloniya təmsilçisindən ümumilikdə 9 qol buraxan Madrid klubunun baş məşqçisi Karo Ançelottinin taxtı laxlayır. “Real”ın böhranın astanasında olduğuna dair xəbərlər yayılır.

 

Karlo Ançelotti qış transfer pəncərəsində yeni futbolçu alınmasını istəyib. Lakin klub rəhbərliyi bunun əleyhinə çıxıb.

 

Bir neçə gün əvvəl “Real”ın qış transfer pəncərəsində, Trent Aleksander-Arnold (“Liverpul”) da daxil olmaqla, danışıqlar apardığı bütün futbolçulardan imtina etdiyi barədə xəbərlər sızıby. Klub prezidenti Florentino Peres “Real”ın akademiyasının futbolçularına və komandanın gənc oyunçularına şans verməyi qərara alıb.

 

“Real”dakı daxili çəkişmələr ucbatından Karlo Ançelottinin gələcəyi də şübhə altındadır.

Tacxeber.com

Oxşar xəbərlər