Nəsli kəsilmiş heyvanlar geri qayıdır?
ABŞ-da yerləşən biotexnologiya şirkəti “Colossal Biosciences” mamont, dodo və Tasmaniya pələngi kimi nəsli kəsilmiş növləri yenidən həyata qaytarmaq məqsədi ilə yeni bir investisiya alıb.
Tacxeber.com xəbər verir ki, “Colossal Biosciences” əlavə 200 milyon dollar investisiya aldığını və ümumi fondun 435 milyon dollara çatdığını açıqlayıb.
Şirkətin məqsədi yox olmuş növlərin DNT-si vasitəsilə ən yaxın qohumlarına genetik cəhətdən oxşar olan yeni orqanizmlər yaratmaq üçün istifadə etməkdir.
Bəzi alimlər iddia edirlər ki, bu layihələr biotexnologiyanın sərhədlərini aşır və nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunmasına töhfə verə bilər.