• 18 Yanvar 2025 00:47

Sanksiyalar Rusiyanın neft ticarətini çətinləşdirdi – Qiymətlər YÜKSƏLİR

Sanksiyalar Rusiyanın neft ticarətini çətinləşdirdi - Qiymətlər YÜKSƏLİR

ABŞ-nin Rusiya tankerlərinə qarşı son sanksiyaları Sakit okean və Arktika limanlarından satılan gündəlik 1,5 milyon barrel xam neftin ixracını məhdudlaşdıra bilər.

 

Sanksiyalar Rusiya ticarətində iştirak edən 158 neft tankerini hədəf alır. Onların çoxu ixtisaslaşdırılmış və sifarişlə tikilən gəmilərdir. Həmin gəmiləri digərləri ilə dəyişmək çətindir.

Qiymətləndirmələrə görə, sanksiyalarla bağlı Baltik və Qara dəniz limanlarından “Ural” markalı neftin daşınması qismən azalacaq. Məhdudiyyətlərdən ən çox təsirlənən Arktika və Saxalin limanlarından daşınan neft olacaq. Hər gün bu limanlardan 550 000barrel xam neft daşınır.

 

Regionun xüsusiyyəti nəzərə alınaraq buradakı neft xüsusi tankerlər vasitəsilə ixrac olunurdu. Sanksiyalardan sonra həmin tankerlərlə daşıma mümkün olmayacaq.

Şərqi Sibirdən də neft daşınmasında sıxıntı yaranacaq. Buradan gündə təxminən 900 000barrel xam neft daşınırdı. Rusiyanın ixrac etdiyi əsas neft “Ural” markasına aid olan neftdir. “Ural” nefti, əsasən, qərbdə yerləşən 3 limandan daşınır. Gündə təxminən 1,8 milyon barrel “Ural” neftinin daşınmasına dair məlumat mövcuddur. Bu neftin əsas alıcısı Hindistandır.

 

Hindistanla bərabər, Türkiyə də “Ural”ın alıcılarındandır. Sanksiyalarla əlaqədar “Ural” nefti daşıyan tankerlərin 75 faizi xidmət göstərə bilməyəcək. Rus tankerlərinin sanksiya ilə üzləşməsi dünyada təklif edilən neftin həcminin azalmasına səbəb olub ki, bu da qiymətləri artırıb.

Sanksiyaların tətbiqindən sonra “Brent” markalı neft 5 dollar bahalaşıb. (Sfera.az)

 

Tacxeber.com

Oxşar xəbərlər