• 17 Yanvar 2025 21:52

Tramp Ermənistandakı rus bazasını çıxaracaq – Rusiyalı general

Ölkəsinin təsir dairəsini genişləndirmək iddiası ilə çıxış edən ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir. 

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

 

ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə toxunan  general-leytenant Viktor Sobolev bu  sənədi Rusiyanın  Cənubi Qafqazdakı  maraqları üçün son dərəcə təhlükəli adlandırıb.
“Əlbəttə, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təhdid edir. Axı, Tramp indi ABŞ-da iqtidardadır, axsayan və yıxılan Bayden deyil. Bu, Amerikanı böyük etmək istəyən bir adamdır. Onun Ermənistana girməsi onun bizim düşmənimiz olacağına dair ilk siqnaldır. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun anti-Rusiyaya çevrilməsi riskləri var”, – rusiyalı deputat bildirib.

 

O əlavə edib ki,  bu da  nəticə etibarı ilə Trampa olan ümidlərimizi boşa çıxara bilər: “Tramp  eyni zamanda bəyan edib ki,  Kanada, Qrelandiya  ABŞ-ın bir hissəsidir. Əlbəttə ki, bu çox ciddidir. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Təbii ki, Ermənistanda NATO bazaları yerləşəcək və bizim qoşunlarımız oradan atılcaq. Bizim isə hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bu çox ciddidir”, – general Sobolev bildirib.

Tacxeber.com

Oxşar xəbərlər