Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edən şəxslər tapıldı, pul qaytarıldı
“Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, ailəyə dəyən ziyan isə ödənilib”.
Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
“Faktla bağlı başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən ediliblər. 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi isə təmin edilib”, – deyə qurumdan bildirilib.