Bayden 85 il əvvəl vəfat etmiş insanı əfv etdi – FOTO
ABŞ Prezidenti Co Bayden Ağ Evi tərk etməzdən əvvəl mülki fəal Markus Qarvini ölümündən sonra əfv edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” məlumat verib.
Qeyd edək ki, Qarvi 85 il əvvəl vəfat edib, o, ABŞ-də qaradərililərin hüquqları uğrunda hərəkatı formalaşdıran ilk şəxslərdən olub.
Qarvinin əfv edilməsi, bəyanata görə, ABŞ-də onun qlobal təbliğatının və təsirinin təqdir edilməsi ilə bağlıdır. Baydenin qərarında həm də onun cinayətdə mühakimə olunmasının ədalətsiz olduğu vurğulanıb.