Həci olmaq arzusuna düşənlər bu il bu qədər xərcləməli olacaqlar.
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.
Tacxeber.com xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.