• 21 Yanvar 2025 16:20

Dünyada nadir tapılan qan qrupu: 43 nəfərdə var

“Qızıl qan qrupu” olaraq da tanınan Rh0 dünyada olduqca nadir tapılır. 

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, qan qrupu, qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) səthində olan antigenlər (orqanizmi yad maddələrdən qoruyan zülallar) vasitəsilə edilən təsnifatdır.

 

Ən çox tanınan qan qrupları ABO sistemi ilə müəyyən edilir və dörd əsas qrupda araşdırılır: A, B, AB və 0. Bundan əlavə, Rh faktoru da qan qruplarının müəyyən edilməsində mühüm rol oynayır.

Ancaq əvvəllər heç eşitmədiyiniz bir qan qrupu var. “Qızıl qan” kimi tanınan və 6 milyonda 1-də görülən “Rhnull”a dünyada yalnız 43 insanda rast gəlinir. Bu qan qrupu dünyada ilk dəfə 1961-ci ildə yerli avstraliyalı qadında təsbit edilib.

 

Bu qan qrupu ilə yaşamaq da çox təhlükəlidir, çünki çox az adamda var. Qızıl qan qrupuna sahib olmağın üstünlükləri və mənfi cəhətləri də var.

 

Belə ki, həmin şəxslərin istənilən Rh faktoru olan hər kəsə qan vermək imkanı olsa da, özlərinə lazım olduqda qan tapmaqda çətinlik çəkirlər. həmçinin bu qan qrupu nadir olduğu üçün genetik xəstəlikləri daşıma riski daha yüksək ola bilər.

 

Qızıl qan qrupuna sahib olmaq ümumiyyətlə heç bir sağlamlıq problemi yaratmır.

Tacxeber.com

Oxşar xəbərlər