Trampdan NATO-ya: Gülməlidir, bu sizin işinizdir
ABŞ kimi digər NATO ölkələri də Ukraynaya dəstəyi artırmalıdırlar və daha çox yük götürməlidirlər.
Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp yanvarın 21-də bəyan edib.
Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya NATO-dan daha çox vəsait xərcləyib, amma bu müharibə onlardan çox alyansdakı digər ölkələrə böyük təsir göstərir: “NATO daha çox pul ödəməlidir. NATO 5% ödəməlidir.
Biz Ukrayna münaqişəsinə NATO-dan 200 milyard dollar çox xərcləmişik. Gülməlidir. Çünki bu onlara daha çox təsir edir”.