• 22 Yanvar 2025 07:29

Bu ölkədə ictimai yerlərdə üzü örtən geyimlər qadağan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.

 

Tacxeber.com xəbər verir ki, müvafiq məlumat ölkə prezidentinin rəsmi saytında yerləşdirilib.

 

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inancın tətbiqini, dini mərasimlərin keçirilməsini qadağan edir.

 

Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. Dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. Bu qaydaların pozulması 20 min som (təxminən 374 manat) məbləğində cərimə ilə nəticələnəcək.

Tacxeber.com

Oxşar xəbərlər