Məşhur aparıcı Xose Bernardo narkotikə necə qurşandı?
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Tacxeber.com xəbər verir ki, verilişin budəfəki sayında narkotikdən əziyyət çəkən Xose Bernardo pis vərdişinin onun həyatındakı mənfi təsirlərindən bəhs edib.
Ətraf mühitin insanın həyatında önəmli yer tutduğunu söyləyən Xose Bernardo bildirib ki, onun narkotik maddədən istifadə etməsində ətrafındakı insanların rolu olub:
“Məni hər gün məclislərə, klublara dəvət edirdilər. Yanımda bir xanım narkotikdən istifadə etdi. Bu zaman elə vəziyyət yarandı ki, mən də ondan istifadə etməli oldum. Üç ay o xanımla bərabər oldum, sonra gördüm ki, artıq narkotikdən asılıyam. Bunun pis yol olduğunu bilirdim, amma həmin dövrdə insan sağlam düşüncəyə sahib olmadığı üçün vəziyyəti tam dərk etmir. Sonra elə dostlarım oldu ki, narkotik istifadəçisi olduğumu öyrənəndə məndən uzaqlaşdılar, buna görə onları qınamıram”.
X.Bernardo ailəsinin onun narkotik istifadəçisi olduğunu öyrənən zaman verdikləri reaksiyadan danışıb.