• 22 Yanvar 2025 17:53

Trampdan TAPŞIRIQ: Ukrayna münaqişəsi 100 günə həll edilməlidir

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Mənbə qeyd edir ki, ABŞ-ın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətindədir.

 

Yanvarın 7-də Donald Tramp etiraf edib ki, Ukrayna münaqişəsinin həlli seçki kampaniyası zamanı elan etdiyi 24 saatdan çox çəkə bilər. Eyni zamanda, Kiyevə ABŞ silahlarının tədarükünün tam dayandırılması imkanını istisna etməyən Ağ Evin rəhbəri Rusiya prezidenti ilə görüşməyə hazır olduğunu bildirib.

 

O, həmçinin Ukrayna ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə Moskvanı daha sərt sanksiyalarla hədələyib.

Tacxeber.com

Oxşar xəbərlər