Bıçaqla cinsini dəyişmək istədi, xəstəxanalıq oldu
Leninqrad vilayətində 29 yaşlı kişi cinsiyyətini dəyişdirməyə çalışarkən xəstəxanaya yerləşdirilib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Mash na Moyke” məlumat yayıb.
Məlumata görə, kişi tibbi müdaxiləsiz cinsiyyətini dəyişdirmək məqsədilə bu addımı atıb. Nəticədə o, dərin yaralanma ilə Toksovo xəstəxanasına aparılıb və hazırda həkimlər ona yardım göstərir.