“Mənim kimi avara dünyada yoxdur” – Alim Qasımov
“Boş vaxtlarımda mənim kimi avara dünyada yoxdur. Bura o qədər məsuliyyətlidir ki, mən o qədər məsuliyyət daşıyıram ki…”
Bu sözləri “Liatris” Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan “Qaranlıqda həqiqət”in qonağı, Xalq artisti Alim Qasımov deyib.
“Mən sabah konsert verəcəmsə, indidən dərd-bəlaya düşürəm. Konsert bitdikdə o qədər həyəcanlı, məsuliyyətli anlar yaşadıqdan sonra baxırsan, 2-3 gün azadsan, uşaqdan da uşaq olursan. O azadlığı dəhşət yaşamaq istəyirsən”, – deyə o bildirib.