Özbəkistanda həbs olunan Şəmsi Səmədzadədən yeni xəbər
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.
Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.
Saytın əməkdaşı ilə telefon söhbətində Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.
“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.