Ebru Gündeşin qızı 13 yaşında milyonçu oldu
Türkiyənin məşhur sənətçisi Ebru Gündeş qızı Alaranın gələcəyini təmin etmək üçün böyük sərmayə yatırıb.
Tacxeber.com haberler-ə istinadla xəbər verir ki, Ebru Gündeşin uzun müddətdir tikdirdiyi əkiz malikanələr indi 13 yaşlı Alaranın adına keçib. Boğaziçi mənzərəli və 250 milyon lirə dəyərində olan bu mülk artıq gənc Alaranın mülkiyyətindədir.
Məlumata görə, Ebru Gündeş hazırda Dubayda yaşayır, lakin Türkiyəyə səfərləri zamanı Acarkentdəki lüks villasını kirayələyir. Bu villanın aylıq kirayə haqqı 17 min dollar (təxminən 535 min TL) təşkil edir.