• 25 Yanvar 2025 03:37

Trampdan daha bir qalmaqallı QƏRAR: Milli Səhiyyə İnstitutunun fəaliyyətini dayandırdı

 

ABŞ Prezidenti Donald Tramp ölkənin əsas biotibbi institutu olan Milli Səhiyyə İnstitutunun (NIH) fəaliyyətini dayandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Məlumata görə, qrantların nəzərdən keçirilməsi, səfərlər və işə qəbul qeyri-müəyyən müddətə dondurulub.

 

Agentlik bildirir ki, NIH ABŞ-ın həyati əhəmiyyət kəsb edən biotibbi tədqiqat qurumudur. Buradakı əməliyyatlarda hətta kiçik fasilələr belə, xüsusilə də gənc tədqiqatçılar üçün ciddi nəticələrə səbəb ola bilər.

 

Qeyd edək ki, NIH ABŞ-da biotibbi tədqiqatlar üçün əsas maliyyə mənbəyidir və 2,5 min institutda 300 mindən çox tədqiqatçıya dəstək olmaq üçün hər il 47 milyard dollardan çox vəsait ayırır.

Tacxeber.com

Oxşar xəbərlər