Xəstə uşağı evə göndərərək vəfat etməsinə səbəb olan həkimə HÖKM OXUNDU
Kürdəmirdə qızılcaya yoluxmuş uşağın ölümünə görə barəsində cinayət işi açılmış həkimə hökm oxunub.
Tacxeber.com “qafqazinfo.az”a istinadən xəbər verir ki, azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham edilib.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 48 yaşlı həkimə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib. E.Musayev bu cəzadan sonra 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.