• 25 Yanvar 2025 03:08

Yermak: “Putin Ukraynasız Ukrayna haqqında danışmağa çalışır”

“Putin ABŞ-la danışıqlar ideyasını irəli sürməyə çalışır. Amma onun bir şərti var: o, Avropanın taleyi barədə Avropasız (Avropa ölkələrinin iştirakı olmadan red.) razılaşmaq istəyir. Həmçinin o, Ukraynasız Ukrayna haqqında danışmağa çalışır”.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Rusiya lideri Vladimir Putinin danışıqlarla bağlı açıqlamasına cavabında deyib.

 

“Bu baş verməyəcək. Putinin özünü reallığa qayıtmalıdır, yoxsa o, bu reallığa zorla geri qaytarılacaq. Müasir dünyada heç nə Putinin düşündüyü kimi işləmir”, – Yermak qeyd edib.


Tacxeber.com

Oxşar xəbərlər